Sərt hava şəraiti teleserialları da “vurdu”

Qarlı hava şəraitinin davam etməsi teleserial çəkilişlərini iflic edib. Gün.Az "Vatan" qəzetinə istinadən xəbər verir ki, TRT-1 kanalında nümayiş etdirilən reytinqli "Diriliş. Ertuğrul" serialının növbəti bölümünün çəkilişləri təxirə salınıb. TRT-1-dən verilən açıqlamada qarlı hava şəraitində çəkilişlərin aparılmasının mümkün olmadığı, o səbəbdən, bu həftə serialın son bölümünün təkrar nümayiş etdiriləcəyi bildirilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00