Təyyarə səfərləri təxirə salındı

Türkiyədə hava şəraitinin kəskin pisləşməsi, qarlı-şaxtalı hava bir sıra təyyarə reyslərinin təxirə salınmasına səbəb olub. "OLAYLAR"-ın Türkiyə bürosunun xəbərinə görə, İstanbul və Ankaradan Sivas və Qaziəntəp şəhərlərinə nəzərdə tutulan təyyarə səfərləri havaların kəskin soyuması və qarlı hava səbəbindən baş tutmayıb. Uçuşların yalnız havanın normallaşmasından sonra bərpa ediləcəyi bildirilir. Məlumata görə, qar Sivasın 700 kəndi ilə əlaqəni kəsib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00