
Pan Gi Mun - BMT-nin baş katibi
"Din xadiminin edamı Yaxın Şərqda gərginliyi daha da artırır. Hər iki hadisədən sonra sülh yaradan diplomatik münasibətlərin dayandırılması haqqında qərarları pisləyirəm. Dövlətləri vəziyyəti gərginəşdirməməyə çağırıram", - deyə baş katib əlavə etdi.
BMT-nin Suriya üzrə xüsusi elçisi Staffan de Mistura Səudiyyə Ərəbistanı və İrana yollanıb. Bu barədə BMT baş katibinin rəsmi nümayəndəsi Stefan Düjarrik bildirib. Onun sözlərinə görə, S. de Mistura əvvəl Ər-Rİyadda , sonra isə Tehranda danışıqlar aparacaq.
Hazırda isə Bəhreyn, Sudan , BƏƏ və Səudiyyə Ərəbistanı İranla diplomatik əlaqələri kəsib. Rusiyanın Xarici İşlər Nazirliyinin rəsmisi qeyd edib ki, İran və Səudiyyə Ərəbistanı arasındakı edam böhranının həllinə yardım etmək üçün vasitəçilik vəzifəsini öz üzərinə götürməyə hazırdır.
Səudiyyə Ərəbistanının Daxili İşlər Nazirliyi yanvarın 2-də terrorçuluqda ittiham edilən 47 nəfəri edam etdikdən sonra Səudiyyə Ərəbistanı və İran arasında münasibətlərdə gərinlik yaranıb.

İranda Səudiyyə Ərəbistanı səfirliyinin yandırılması
İki ölkə arasında münasibətlər Səudiyyə Ərəbistanında şiə təriqətindən olan alim Nimr əl-Nimr də daxil olmaqla "terrorçuluq və ona təhrikçilikdə" ittiham olunan 47 nəfərin edam edilməsindən sonra gərginləşib.
Yanvarın 3-də gecə saatlarında Səudiyyə Ərəbistanı İranla diplomatik əlaqələrin kəsildiyini bəyan edib.