ABŞ həyəcan içində: "Rusiyanın nüvə və kibernetik təhlükəsi artır"
5 Yanvar 2016 13:44 Dünya"Rusiyanın yeni milli təhlükəsizlik strategiyası Vaşinqtonun mövqeyini dəyişməyəcək. Rusiyanın yeni strategiyasında ABŞ təhlükəsi barədə danışılır. Biz isə Moskvanın təhlükə yaratdığını bildiririk". Publika.az-ın xarici mətbuata istinadən məlumatına görə, bu barədə ABŞ Baş Qərargahlar rəislərinin Birləşmiş Komandanlığının sədri general Cozef Danford bildirib. Danford qeyd edib ki, amerikalı hərbçilər həmişə Rusiya potensialının inkişafına diqqət yetiriblər: "Rusiya ABŞ və onun müttəfiqləri üçün təhlükədir. Biz bunu onun davranışlarına, o cümlədən nüvə və kibernetik davranışlarına əsaslanaraq deyirik". Eyni zamanda, general etiraf edib ki, hələlik Rusiyanın yeni milli təhlükəsizlik strategiyasının mətnini görməyib: "Mən növbəti nəticələrə gəlməmişdən öncə sənədi oxumaq istərdim".
Qeyd edək ki, Rusiya prezidenti Vladımır Putin dekabrın 31-də ölkənin yeni milli təhlükəsizlik strategiyası ilə bağlı sərəncam imzalayıb. Sənəddə NATO-nun hərbi aktivliyini artırması təhlükə sayılır və Rusiya sərhədinə yaxınlaşmasının yolverilməz olduğu bildirilir.