Mendeleyev cədvəlinə 4 yeni element əlavə edilib
5 Yanvar 2016 13:28 DünyaMendeleyevin dövri cədvəlinə 113, 115, 117 və 118 atom nömrəli 4 yeni element əlavə edilib. Milli.Az Report-a istinadən bildirir ki, bu barədə Beynəlxalq Nəzəri və Tətbiqi Kimya İttifaqının (IUPAC) saytında məlumat verilib.
Yeni elementlərin kəşfində əsas çətinlik onların daha yüngül elementlərin daha öncə qeyri-məlum olan izotoplarına parçalanması olub. Yeni elementlərin hər biri süni sintez olunub.
Yeni elementlərə "müvəqqəti" adlar verilib - ununtrium (Uut), ununpentium (Uup), ununseptium (Uus) və ununoktium (Uuo). Beş aydan sonra isə dövri cədvəldə onların əsl adları və ikihərfli işarələri məlum olacaq.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00