İstanbulda PKK əməliyyatı

İstanbul Şəhər Polis İdarəsinin Terrorla Mübarizə Şöbəsi PKK terror təşkilatına qarşı əməliyyat keçirib. "OLAYLAR"-ın Türkiyə bürosunun xəbərinə görə, əməliyyat zamanı terror aksiyası hazırlığında olan 6 nəfər terrorçu həbs edilib. Kartal Gülsuyu məhəlləsində və Sancak təpə rayonlarında aparılan əməliyyatlar zamanı məlum olub ki, bir qrup terrorçu genişmiqyaslı partlayışlar hazırlığı aparmaqdadırlar. Hərəkətə keçən polis qrupu zərəsizləşdirməyə nail olub. Əməliyyat nəticəsində çoxlu sayda partlayıcı və silah aşkarlanaraq götürülüb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00