Yeni “Wi-Fi” standartı təsdiqləndi
5 Yanvar 2016 18:05 Dünya"WiFi Alliance" təşkilatı "Wi-Fi 802.11ah" ("Halow") rabitə standartını rəsmən təsdiq edib. İKT.lent.az-ın "Macdigger"ə istinadən xəbərinə görə, yeni rabitə standartı indiki ilə müqayisədə simsiz rabitə siqnalının radiusunu iki dəfə artırmağa imkan verəcək. Bu halda yeni standart siqnalın divarın digər tərəfinə daha yaxşı ötürülməsini təmin edir və bu zaman daha az enerji sərf edilir.
"WiFi Alliance" təşkilatı bildirib ki, "HaLow" rabitə standartı mövcud "Wi-Fi" protokollarından geniş istifadə edəcək ki, bu da təhlükəsizlik səviyyəsini təmin edəcək. Nəticədə bir çox yeni qurğular, məsələn, routerlər mövcud tezlik diapazonlarında (2,4 və 5 QHs) işləyəcək.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00