Demet Akalın və Hande Yener eyni layihədə
5 Yanvar 2016 19:53 DünyaMüğənni Demet Akalının ardından illərdir küsülü olduğu həmkarı Hande Yener də kənd məktəblərinə dəstək vermək üçün işə başlayıb. Axşam.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, H.Yener Akalının liderlik etdiyi "Forum kitabxanalar" layihəsi çərçivəsində mübahisə və küsülülüyü təhsilin inkişafı üçün müvəqqəti də olsa, unudub. O, məktəblərdən birində açılan kitabxananın açılışına qatılıb: "Gələcəyimizə sahib çıxaq. Uşaqlar haqda olan bütün sosial layihələrdə yer almağa çalışıram".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00