Türkiyənin Konya vilayətində ağır yol qəzası baş verib. Trend-in "Haber7" qəzetinə istinadən verdiyi məlumata görə, qəza nəticəsində 5 nəfər ölüb, 25 nəfər isə xəsarət alıb.
Yol qəzasının baş verməsinə səbəb vilayətin magistral avtomobil yollarının birinin buz bağlaması olub. Ölən və xəsarət alanların hamısı Türkiyə vətəndaşlarıdır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00