Misir ordusu 50-dən çox terrorçunu məhv etdi

Misir ordusunun Sinay yarımadasında keçirdiyi xüsusi əməliyyat nəticəsində 50-dən çox "Vilayət Sina" qruplaşmasının silahlısı məhv edilib. APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi məlumata görə, əməliyyata quru qoşunlarla yanaşı hərbi təyyarə və helikopterlər cəlb edilib. Sinay yarımadasında əməliyyat üç gündür ki, davam edir. Yanvarın 2-də hərbi mənbələr 40 terrorçunun məhv edildiyini, 15-in isə yaralandığını bildirib. Xatırladaq ki, "Vilayət Sina" - İŞİD qruplaşmasının Sinay yarımadasındakı qolu hesab edilir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00