Çində dəhşətli yol-nəqliyyat hadisəsi baş verib. APA-nın TASS agentliyinə istinadən verdiyi məlumata görə, İnçuan şəhərində sərnişin avtobusunun yanması nəticəsində 14 nəfər yanaraq ölüb, 30-dan çox insan xəsarət alıb. Yaralananlar xəstəxanalara yerləşdirilib. Hadisənin başvermə səbəbləri hələ ki, məlum deyil.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00