50-dən çox terrorçu məhv edilib
5 Yanvar 2016 07:36 DünyaMisir ordusunun Sinay yarımadasında keçirdiyi xüsusi əməliyyat nəticəsində 50-dən çox "Vilayət Sina" qruplaşmasının silahlısı məhv edilib.
APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi məlumata görə, əməliyyata quru qoşunlarla yanaşı hərbi təyyarə və helikopterlər cəlb edilib.
Sinay yarımadasında əməliyyat üç gündür ki, davam edir. Yanvarın 2-də hərbi mənbələr 40 terrorçunun məhv edildiyini, 15-in isə yaralandığını bildirib.
Xatırladaq ki, "Vilayət Sina" - İŞİD qruplaşmasının Sinay yarımadasındakı qolu hesab edilir
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00