Misir ordusu Sinay yarımadasında 50-dən çox terrorçunu məhv edib

Misir ordusunun Sinay yarımadasında keçirdiyi xüsusi əməliyyat nəticəsində 50-dən çox "Vilayət Sina" qruplaşmasının silahlısı məhv edilib.APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi məlumata görə, əməliyyata quru qoşunlarla yanaşı hərbi təyyarə və helikopterlər cəlb edilib.Sinay yarımadasında əməliyyat üç gündür ki, davam edir. Yanvarın 2-də hərbi mənbələr 40 terrorçunun məhv edildiyini, 15-in isə yaralandığını bildirib.Xatırladaq ki, "Vilayət Sina" - İŞİD qruplaşmasının Sinay yarımadasındakı qolu hesab edilir. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00