BMT Təhlükəsizlik Şurası Türkiyədən Suriyaya silah daşınması məsələsinə baxacaq
5 Yanvar 2016 06:14 DünyaRusiyanın təşəbbüsü ilə BMT Təhlükəsizlik Şurası Türkiyə ərazisindən Suriyaya silah daşınması məsələsini müzakirə edəcək.APA-nın TASS agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə Təhlükəsizlik Şurasının hazırkı sədri, Uruqvayın BMT-dəki daimi nümayəndəsi Elbio Roselli bildirib.Onun sözlərinə görə, görüş qapalı rejimdə keçiriləcək. "Yanvarın 5-də ümumi məsələlərin müzakirəsi çərçivəsində Türkiyə-Suriya sərhədindən silah-sursatın daşınması məsələsinə baxılacaq. Bu mövzuya dair məsləhətləşmələr Rusiyanın sorğusu əsasında baş tutacaq", deyə E. Roselli qeyd edib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00