BMT Səudiyyə Ərəbistanı və İrana xüsusi elçi göndərdi

BMT-nin Suriya üzrə xüsusi elçisi Staffan de Mistura Səudiyyə Ərəbistanı və İrana yollanıb.

APA-nın AFP agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə BMT baş katibinin rəsmi nümayəndəsi Stefan Düjarrik bildirib.

Onun sözlərinə görə, S. de Mistura əvvəl Ər-Rİyadda, sonra isə Tehranda danışıqlar aparacaq.

"Səfərin məqsədi iki ölkə arasında yaranmış gərginliyi azaltmaqdır", - deyə S.Düjarrik qeyd edib.

Qeyd edək ki, Səudiyyə Ərəbistanı İranla bütün diplomatik əlaqələrini kəsib. İran parlamenti isə şiə din xadimi Nimr ən-Nimrin Səudiyyə Ərəbistanında edam olunması ilə əlaqədar Xarici İşlər Nazirliyini rəsmi Ər-Riyadla əlaqələri kəsməyə çağırıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00