Türkiyədə 2 nəfərin "donuz qripi"ndən öldüyü təsdiqləndi

Türkiyədə iki nəfərin AH1N1 (donuz qripi) virusundan öldüyü təsdiqlənib.APA-nın verdiyi məlumata görə, Türkiyənin Səhiyyə Nazirliyi Adanada 2 nəfərin "donuz qripi"ndən həyatını itirdiklərini açıqlayıb.Qeyd edək ki, yanvarın 2-də Adanada AH1N1 (donuz qripi) şübhəsi ilə müalicə alan bir Türkiyə vətəndaşının və iki nəfər Suriya vətəndaşının ölməsi ilə bağlı məlumatlar yayılıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00