Güclü zəlzələ 9 can aldı, 200-dən çox insan yaralandı

Hindistanın şimal-şərqində 6,7 bal gücündə zəlzələ baş verib.

Baku.ws məlumat verir ki, baş vermiş zəlzələ nəticəsində 9 nəfər ölüb, 200 nəfər isə xəsarət alıb. Yeraltı təkanlar yanvarın 4-də səhər saatlarına qeydə alınıb.

6,7 bal gücündə olan zəlzələnin episentri Myanma ilə həmsərhəd olan Tamenqlonq rayonunda olub.

Məlumata görə, sakinlərin evlərində böyük çatlar əmələ gəlib, yeni inşa edilmiş 6-mərtəbəli bina tamamilə çöküb. Sakinlərin gecəni küçədə keçirdikləri bildirilir.

-----------

09:10

Hindistanın Myanma ilə sərhədində, Manipur ştatında 6,7 bal gücündə baş verən zəlzələ nəticəsində 4 nəfər ölüb, 100 nəfər xəsarət alıb.

Trend-in "The Associated Press" agentliyinə istinadən verdiyi məlumata əsasən, bazar ertəsinin gecə saatlarında baş verən təbii fəlakətin ocağı 55 km dərinlikdə olub.

Zəlzələ nəticəsində bir neçə yaşayış evi, yeni tikilmiş altı mərtəbəli bina və ticarət mərkəzinə ciddi ziyan dəyib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00