ABŞ texnoloji “div”ləri bazar dəyərinə görə dünyada ilk sıralardadır

2015-ci ildə yüksək texnologiya istehsalçısı olan şirkətlər öz kapitallaşma səviyyələrinə görə ABŞ-da və dünyada liderliklərini möhkəmləndiriblər.
İKT.lent.az-ın "The Wall Street Journal" nəşrinə istinadən verdiyi məlumata görə, "Alple Inc." birinciliyini qoruyub, "Alphabet Inc." ("Google" və "Android"in ana holdinqi) isə fərqi azaldaraq 2-ci yerə yüksəlib. 2015-ci ilə 640 milyard dollar kapitallaşma səviyyəsi ilə başlayan "Apple" bahar aylarında bunu 750 milyarda çatdırıb. Lakin son həftələrdə dünyanın ən qiymətli şirkətinin bazar dəyəri qısamüddətli perspektivdə "iPhone"lara tələbatın azalacağı qorxusu nəticəsində 600 milyarda enib.  

"Alphabet" isə bu il çox ciddi sıçrayış edərək kapitallaşma səviyyəsini 45% artırıb və 530 milyard dollara çatdırıb.

Son aylarda "Microsoft" da ciddi yüksəlişə nail olaraq 450 milyard dollar bazar dəyəri ilə 3-cü pilləyə çıxıb. Korporasiyanın səhmləri bu il 15 il əvvəlki pik səviyyəsinə çatıb.

Texnoloji şirkətlərdən "Amazon.com Inc." il ərzində dəyərini iki dəfədən çox artıraraq 315 milyard dollar bazar dəyəri ilə 6-cı sıraya yüksəlib.

İlk onluğa "Facebook" da daxildir.

Bu il kapitallaşma səviyyəsi 300 milyard dolları aşan ABŞ şirkətlərinin sayı tarixi maksimuma çatıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00