Turistlər atəşə tutuldu, ölən və yaralananlar var
30 Dekabr 2015 15:34 DünyaDağıstanın Dərbənd şəhərində 20 nəfərlik turist qrupuna atəş açılıb. Gün.Az RİA-Novosti-yə istinadən xəbər verir ki, hadisə turistlərin Narın-Qala kompleksi qarşısında olduğu zaman baş verib. Hadisə nəticəsində bir nəfər ölüb, 11 nəfər yaralanıb. Bütün yaralılar Dərbənddəki xəstəxanaya yerləşdirilib, 4 nəfərin vəziyyəti ağırdır. Digərlərinin vəziyyəti isə orta ağır hesab olunur. Hadisə ilə bağlı araşdırma aparılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00