Ankarada Yeni il gecəsi partlayış törətmək istəyən iki terrorçu tutulub
Onlar Türkiyəyə Suriyadan keçdiyi bildirilib
30 Dekabr 2015 14:32 DünyaTürkiyə paytaxtı Ankarada keçirilən aniterror əməliyyatı nəticəsində iki intiharçı-terrorçu tutulub. "Report" Türkiyə KİV-inə istinadən xəbər verir ki, bu haqda Ankara Prokurorluğu məlumat yayıb. Məlumata görə, onlar Yeni il gecəsi Ankaranın Qızılay meydanında partlayış törətməyi planlaşdırırmışlar. Prokurorluğun məlumatına görə, onlar Türkiyəyə Suriyadan keçiblər.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00