Rusiya İrana S-300 raket komplekslərini göndərməyə başlayıb

Rusiya İrana S-300 zenit-raket komplekslərinin göndərilməsinə başlayıb. APA-nın "lenta.ru" ya istinadən verdiyi xəbərə görə, bu barədə Rusiya baş nazirinin müavini Dmitri Roqozin bildirib. O qeyd edib ki, hava hücumundan müdafiə sistemlərinin İrana göndərilməsi ilə bağlı saziş Moskva ilə Tehran arasında gələcəkdə daha sıx əməkdaşlıq üçün yeni imkanlar açır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00