Bəhreynə məxsus qırcı təyyarə qəzaya uğrayıb
Qırıcının pilotu paraşütlə tullanaraq, sağ qalıb
30 Dekabr 2015 13:48 DünyaBəhreyn Hərbi Hava Qüvvələrinə məxsus qırıcı Səudiyyə Ərəbistanı ərazisində, Yəmənlə sərhədin yaxınlığında qəzaya uğrayıb. "Report" TASS-a istinadən xəbər verir ki, bu haqda Səudiyyə Ərəbistanının başçılıq etdiyi Yəməndəki ərəb dövlətləri koalisiyasının təmsilçiliyindən bildirilib. Məlumata görə, qəza texniki nasazlıqdan baş verib. Qırıcının pilotu paraşütlə tullanaraq, sağ qalıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00