Məscid qapısından donuz əti asdılar
30 Dekabr 2015 13:19 DünyaABŞ-ın Las-Veqas şəhərindəki Məscide Tovhidanın qapısından naməlum şəxs donuz əti tikələri asıb. Donuz ətini məscidin işçiləri səhər namazına gələndə görüblər. Milli.Az Breaking911.com-a istinadən bildirir ki, polis və Federal Təhqiqat Bürosu olayı araşdırır. "Məscidi təhqir etməyə yönəlmiş bu cəhd qorxutma və nifrət aktıdır. Günahkarlar mütləq məsuliyyətə cəlb olunmalıdırlar", - Amerika İslam Münasibətləri Cəmiyyətinin direktoru İbrahim Huper deyib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00