“iPhone 6s” 2015-ci ilin yaxşı smartfonu seçilib
30 Dekabr 2015 19:30 Dünya"PhoneArena" onlayn nəşrinin əməkdaşları bu ilin ən yaxşı smartfonlarının reytinqini dərc ediblər. İKT.lent.az-ın məlumatına görə, siyahıda birinci yeri ABŞ-ın "Apple" korporasiyasının istehsalı olan "iPhone 6s" smartfonu tutub. Bildirilir ki, müqayisə bir neçə meyar üzrə aparılıb: Cihazın gücü, etibarlılığı, dizayn və əməliyyat sistemi. Mütəxəssislərin fikrincə, "iPhone 6s" ideal deyil və onun da öz çatışmazlıqları mövcuddur, ancaq bununla belə, bu cihaz öz rəqiblərindən üstündür. Belə ki, cihazın əsas üstünlüyü əlavələrin sayının çox olması, 12 meqapiksel kameranın mövcudluğu və son zamanlar istifadəçilər arasında daha çox populyarlıq qazanan "3D Touch" texnologiyasını dəstəkləməsi sayılır. İki yerə "Samsung Galaxy S6" smartfonu layiq görülüb. Bu smartfonun da bir çox öz üstünlükləri var. Məsələn, 16 meqapiksel kamera və "Quad HD Super AMOLED" displeyin mövcudluğu.