Dərbənddəki Narınqalada Rusiya sərhədçisi öldürülüb
30 Dekabr 2015 11:40 DünyaDekabrın 30-na keçən gecə Dağıstanın Dərbənd şəhərində naməlum şəxslər qədim Narınqalanı ziyarət edən bir qrup şəxsə atəş açıb. APA-nın "İnterfaks"a istinadən verdiyi məlumata görə, nəticədə 1 nəfər ölüb, 11 nəfər yaralanıb.
Hüquq-mühafizə orqanları qalanın meşə massivi istiqamətindən atəşə tutulduğunu bildiriblər. TASS agentliyi atəşə tutulanların turistlər yox, hərbçilər olduğu barədə xəbər yayıb. Ölən şəxs sərhədçidir.
Faktla əlaqədar cinayət işi açılıb. Dağıstan prezidenti Ramazan Abdulatipov bildirib ki, atəş açanlar qanunsuz silahlı dəstənin üzvləri olub. O, söz verib ki, Dağıstan hakimiyyəti günahkarların tapılıb məsuliyyətə cəlb edilməsi üçün bütün qüvvəsini səfərbər edəcək.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00