İŞİD-in 10 lideri məhv olundu
30 Dekabr 2015 11:33 DünyaABŞ-ın rəhbərlik etdiyi koalisiya bir ay ərzində İraqda terrorçuların 10 liderini məhv edib. Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə Pentaqonun rəsmi nümayəndəsi polkovnik Stiven Uorren bildirib. Stiven Uorrenin sözlərinə görə, dekabrın 26-da Mosulda aviazərbələr nəticəsində Parisdəki terror aktları ilə əlaqəsi olan terrorçu Əbdül Kader Hakim məhv edilib. Onun sözlərinə görə, Parisdəki terror aktları ilə əlaqəsi olan daha bir neçə silahlı məhv edilib: "Digər terrorçular Qərb ölkələrinə əlavə hücumlar törətməyi planlaşdırıblar". Pentaqonun rəsmi nümayəndəsi işin hələ bitməsini etiraf edib: "Biz hələ ki ilanın başını əzməmişik, bizi hələ çox işlər gözləyir".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00