ABŞ-da yüngül təyyarə qəzaya uğrayıb, ölən var

ABŞ-da Alyaska ştatının Ankoric şəhərində yüngül təyarənin qəzaya uğraması nəticəsində bir nəfər həyatını itirib. Trend-in RİA Novosti agentliyinə istinadən verdiyi məlumata əsasən, təyyarə ofis binalarından birinə çırpılıb və onu zədələyib. Xoşbəxtlikdən binada həmən zaman heç kim olmayıb. Qəza nəticəsində yaranan yanğın tez bir zamanda aradan qaldırılıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00