İraq ordusu İŞİD-in "maliyyə naziri"ni ələ keçirdiyini açıqlayıb

İraqın Ər-Ramadi şəhərinin azad olunması uğurunda aparılan əməliyyat zamanı İraq hərbçiləri İŞİD-də maliyyə naziri rolunu icra edən terrorçunu ələ keçiriblər. APA-nın RIA "Novosti"yə istinadən verdiyi xəbərə görə, bu barədə hərbi komandanlığın informasiya bürosu məlumat yayıb. Hərbi qüvvələrə "maliyyə naziri"nin yeri barədə şəhər sakinləri məlumat verib. Bildirilir ki, o əhali arasında gizlənərək terrorçuların tam zərərsizləşdirilməsindən sonra qaçmağı planlaşdırıb.  İraq ordusu dekabrın 27-də Ənbar vilayətinin Ər-Ramadi şəhərinin İŞİD terrorçularından tam azad edildiyini bəyan edib. Lakin vilayət qubernatoru ərazinin 20 faizinin hələ terrorçuların əlində olduğunu bildirib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00