Pakistanda terrorçu-kamikadzenin özünü partlatması nəticəsində 29 nəfər ölüb

Pakistanın Peşavar şəhərindəki Daxili İşlər Nazirliyi pasport-viza xidmətinin binasında terrorçu-kamikadzenin özünü partlatması nəticəsində ölənlərin sayı 29-a çatıb. APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə "Geo Tv" telekanalı məlumat yayıb. Məlumata görə, xəstəxanalara gətirilən yaralıların sayı 40-dan çoxdur. Tibb işçiləri ölü sayının artacağını istisna etmirlər. Terror aktına görə məsuliyyəti "Taliban"la bağlılığı olan "Camaat ul Əhrar" qruplaşması öz üzərinə götürüb. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00