Xəçəng xəstəliyindən əziyyət çəkən musiqiçi öldü VIDEO

Məşhur rok musiqiçisi Lemmi Kilmister 70 yaşında dünyasını dəyişib. Axşam.az-ın xarici KİV-ə istinadən məlumatına görə, ingilis ağır metal qrupu olan "Motorhead"in qurucusu, gitaraçı, solist və bəstəkar Kilmister 2 ildir xərçəng xəstəliyindən müalicə olunub. O, elə müalicə aldığı xəstəxanada vəfat edib. Əsl adı İan Fraser Kilmister olan musiqiçi "Motorhead" qrupu ilə 24 albom çıxarıb. 2010-cu ildə "Lemmy the Movie" filmində onun həyatı ekranlaşdırılıb.


Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00