Rusiya baş nazirinin müavini Dmitri Roqozin özünü güllələyib
29 Dekabr 2015 14:30 DünyaRusiya baş nazirinin müavini Dmitri Roqozin tir atışı zamanı təsadüfən öz ayağına atəş açıb. APA-nın "Interfax"a istinadən verdiyi xəbərə görə, bu barədə məlumat verən mənbə bununla D.Roqozinin ötən həftə prezidentin hökumət üzvləri ilə keçirilən görüşünə və Nazirlər Kabinetinin dekabrın 28-də baş tutan iclasına qatılmamasına aydınlıq gətirib. Hadisə təlim atışı zamanı baş verib. Bildirilir ki, məmur hazırda Moskva xəstəxanalından birindədir və ciddi həyati təhlükəsi yoxdur.
Xatırladaq ki, Dmitri Roqozin dekabrın 20-də tirdə atışda iştirak etməsi barədə sosial şəbəkədə video da paylaşıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00