Rusiya neftin qiyməti ilə bağlı plan hazırlayır

Rusiyanın Energetika naziri Aleksandr Novak neftin qiyməti ilə bağlı proqnozlarını açıqlayıb

2016-cı ildə neftin qiymətindən kəskin eniş gözlənilmir.ANS PRESS-in məlumatına görə, bu barədə Rusiyanın energetika naziri Aleksandr Novak öz proqnozlarını verib."Biz hesab edirik ki, gələn il "qara qızılın" qiymətində kəskin ucuzlaşma gözlənilmir. Bazarlarda bir barrel neftin 20-25 dollara satılması qeyri-mümkündür".Neftin qiymətinin bir barelinin 30 dollara qədər enəcəyi ilə proqnozları şərh edən nazir hazırda bazarın qeyri-stabil olduğunu və bunun üçün müxtəlif variantların işlənib hazırlanmalı olduğunu bildirdi.O, həmçinin bazarda tələb-təklifin nəzərdən keçirilməsini və neft hasilatının maya dəyərini nəzərə almaqla, bir barrel neftin 50 dollara satılmasının ədalətli olacağını deyib.Hazırda bazarlarda "Brent" markalı neftin qiyməti son göstəricilərə nisbətən bir qədər bahalaşaraq, 36.67 dollara qalxıb."Texas" neftinin "Brent" qarşısındakı üstünlüyü davam edərək, bu markada da bahalaşma qeydə alınıb. Belə ki, birjalarda "Texas" (WTI) markalı neftin bir bareli bahalaşaraq 36.89 dollar olub."AzəriLayt" markalı neftin bir barelinin qiyməti isə dəyişməz qalaraq, 38,05 dollar təşkil edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00