Ledi Qaqa Aygünün modelyeri ilə işləyir

Dünyaca məşhur ulduz Ledi Qaqa xalq artisti Aygün Kazımovanın modelyerinə müraciət edib. Axşam.az xəbər verir ki, bu haqda müğənni "10-dan sonra" verilişində deyib:

"Yanvarın 26-da baş tutan doğum günümdə geyindiyim libasın müəllifi rusiyalı modelyer Bessariondur. Həmin ad günündən sonra Ledi Qaqa Bessariona müraciət edib. Ona düz 30-a yaxın səhnə geyimi sifariş etdi. Modelyer inana bilmirdi".

Qeyd edək ki,  gürcü əsilli modelyerin Nyu-Yorkda geyim dükanı var.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00