ABŞ-da 2500-dən çox aviareys əlverişsiz hava şəraiti səbəbiylə ləğv edilib
Çikaqo, Dallas, Hyuston və Texas hava limanlarında uçuşlar ləğv edilib
29 Dekabr 2015 11:15 DünyaABŞ-da güclü çovğun 2500-dən çox aviareysin ləğv edilməsinə, 4500-dən çoxunun isə təxirə salınmasına səbəb olub. "Report" xarici KİV-ə istinadən xəbər verir ki, Çikaqo, Dallas, Hyuston və Texas hava limanlarında uçuşlar ləğv edilib. Çikaqonun "Miduey" beynəlxalq aeroportunda 1300-dən çox uçuş ləğv edilib ki, bu da hava limanının gündəlik uçuş cədvəlinin yarısını təşkil edir. Xatırladaq ki, güclü çovğun bazar günündən ABŞ-ı cənginə alıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00