Rusiya Suriyada terrorçuların 500 obyektini məhv edib

Üç sutka ərzində 164 hərbi uçuş həyata keçirilib

Rusiya Hərbi Kosmik Qüvvələri Suriyada üç sutka ərzində "İraq-Şam İslam Dövləti" terror qruplaşmasının (İŞİD) 500-dən çox obyektini məhv edib. "Report" xəbər verir ki, bu barədə jurnalistlərə Rusiya Baş Qərargahı Baş Əməliyyat İdarəsinin rəisi Sergey Rudskoy məlumat verib. Onun sözlərinə görə, Rusiya təyyarəçiləri 164 hərbi uçuş ediblər və terrorçuların Hələb, İdlib, Latakiya, Hama, Homs, Dəməşq, Deyr-əz-Zor və Rəkkə əyalətlərindəki mövqelərinə hücum ediblər. Sergey Rudskoy qeyd edib ki, son günlər Rusiya aviasiyası ərəb respublikasında zərbələrin intensivliyini artırıb. O bildirib ki, Suriya ordusu Rusiya aviasiyasının dəstəyi ilə Əl-Kəbir çayının sol sahili üzərində nəzarəti ələ keçirib və Latakiyada üç mühüm yüksəkliyi nəzarət altına alıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00