Əbu Ömər Əl-Şişanin

Şişani, 2014-cü ildə yayılan videoda Rusiyanı təhdid etmişdi. 1986-ci ildə Gürcüstanınşimalında dünyaya gələn Şişaninin atasının gürcüstanlı bir xristian, anasının isə Çeçen mənşəli müsəlman olduğu bildirilir.

Şişani 2006-cı ildə Gürcüstan ordusuna qoşulub və ABŞ hərbi qüvvələrinin təlimlərində iştirak edib. 2008-ci ildə Qafqaz müharibəsində iştirak edən Şişani, 2010-ci ildə vərəm diaqnozu ilə ordudan ayrılıb. Silah ticarətiylə məşğul olarkən həbs olunan Şişani, həbsxanada radikal qruplarla təmas qurub. 2012-ci ildə azadlığa buraxılan Şişani, 2013-ci ildə Gürcüstandan ayrılaraq İŞİD komandiri olaraq fəaliyyətə başlayıb.