Yer Kürəsində 7 güclü maqnit qasırğası olacaq
29 Dekabr 2015 09:46 Dünya2016-cı ildə Yer Kürəsində 7 güclü maqnit qasırğası gözlənilir. APA-nın "Rosbalt" agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə Rusiya FHN-nin "Antistixiya" mərkəzinin mütəxəssisləri bildirib. Ümumilikdə, qarşıdan gələn ildə 40 maqnit qasırğası olacağı proqnozlaşdırılır. 2016-cı ildə Günəş aktivliyinin azalması davam etsə də, Günəş səthində partlayışlar baş verəcək.
Qeyd edək ki, 2015-ci il, yanvarın 1-dən noyabrın 1-dək Yer kürəsində 36 maqnit qasırğası qeydə alınıb, onlardan 7-si güclü hesab edilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00