Kubada dəhşətli yol qəzası: 13 ölü, 34 yaralı

Kubada baş verən dəhşətli yol qəzasında 13 nəfər ölüb, 34 nəfər xəsarət alıb. APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, Santyaqo-de-Kuba əyalətində sərnişinlərin daşınması üçün nəzərdə tutulan 2 yük avtomobili toqquşub. Ölənlərin arasında azyaşlı uşağın olduğu bildirilir. Hadisənin başvermə səbəbləri və digər təfərrüatları barədə hələ ki, məlumat verilmir. 2015-ci ilin yanvarından noyabr ayınadək Kubada 10 mindən çox yol-nəqliyyat hadisəsi qeydə alınıb. Rəsmi məlumata əsasən, adıçəkilən müddətdə yol qəzalarında 688 nəfər ölüb. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00