Neftin ucuzlaşması ABŞ-a da təsir etdi

Amerikanın maliyyə bazarlarında bəzi şirkətlərin səhmləri dəyər itirib.

"Brent" və "Light" markalı neftin qiyməti 1.30, təxminən, 3.5 faiz aşağı düşüb. ANS PRESS-in məlumatına görə, qiymətin düşməsi Amerikanın maliyyə bazarına da təsirsiz ötüşməyib. "Dow Jones" və "NASDAQ" səhm bazarının səhmləri 0.2 faiz dəyər itirib.

Birjada dəyər qazanan firmalar arasında "Disney" və "Nike"nin adını qeyd etmək olar. Hər iki firmanın səhmləri müvafiq olaraq 1.3 və 1 faiz yüksəlib.

"Disney"in gəlirlərinin artması "Ulduz Müharibələri" filminin rekord həddə gəlir gətirməsi ilə əlaqələndirilir. Film dünya kinoteartlarında yayılmandıqdan sonra 1 milyard dollar gəlir gətirib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00