İŞİD üzərində qələbə 2016-cı ildə qazanılacaq - İraqın baş naziri
29 Dekabr 2015 06:19 Dünyaİraq ərazisində "İraq-Şam İslam Dövləti" terror qruplaşması (İŞİD) üzərində qələbə 2016-cı ildə qazanılacaq.
Trend-in məlumatına görə, bunu ölkənin baş naziri Heydər əl-Abadi bildirib.
"2016-cı il böyük və qəti qələbə ili olacaq. Həmin il İŞİD-in İraqda mövcudluğuna son qoyulacaq", - deyə Heydər əl-Abadi bildirib.
Bu gün İraqın hökumət qüvvələrinin Ramadi şəhərini İŞİD terrorçularından tam olaraq azad etdiyi xəbəri yayılıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00