İŞİD döyüşməkdən imtina edən 30 gənci edam etdi
29 Dekabr 2015 06:12 DünyaİŞİD terror qruplaşmasının döyüşçüləri 16 yaşa qədər olan 30 suriyalı gənci İraqın Ramadi şəhərində gedən döyüşlərə qatılmaqdan imtina etdikləri üçün edam edib.
Bu barədə TASS "Əs-Sumariyə" telakanalına istinadən məlumat verib.
İraqın Nayvan vilayətinin nümayəndəsinin sözlərinə görə, gənclər terrorçuların onlar üçün müəyyənləşdirdiyi postları tərk edərək qaçıblar.
Yaraqlılar gəncləri fərarilikdə ittiham edərək Mosul şəhərinə gətirib və burada Əl-Kiyara meydanında edam ediblər.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00