“Goldman Sachs” ilin ən populyar saytlarının reytinqini açıqladı - SİYAHI

"Goldman Sachs" bankının mütəxəssisləri Rusiya, Çin və ABŞ istifadəçiləri arasında 2015-ci ilin ən populyar saytlarının reytinqini dərc edib. İKT.lent.az-ın "runews24.ru" saytına istinadən verdiyi məlumata görə, ziyarət olunmasına görə ilk yeri "Google" tutub. Bu sayt bir çox ölkələrin istifadəçiləri arasında çox populyardır. Rusiya, Cənubi Koreya və Çin bu siyahıda istisnadır. Çünki bu ölkələrin sakinləri yerli saytlara daha çox üstünlük verirlər. Rusiyada axtarış saytları arasında lider "Yandex" olub. Sondakı yeri Rusiyanın "VKontakte" sosial şəbəkəsi tutur ki, bu ölkənin internet istifadəçilərinin 30 faizi vaxtını bu sosial şəbəkədə keçirir. Həmçinin sevimli internet servislərinin ilk beşliyinə "Google", "YouTube" və "Mail.ru" saytları da daxildir. ABŞ, Yaponiya və Almaniyada isə ən populyar saytların siyahısına "Amazon" saytı da əlavə olunub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00