“Panasonic” Çində elektromobillər üçün akkumulyator istehsal edəcək zavod açır

Yaponiyanın "Panasonic" şirkəti 2017-ci ildə Çində elektromobil və hibridlər üçün akkumulyatorlar istehsal edəcək zavod açmağı planlaşdırır. İKT.lent.az-ın "gazeta.ru" saytına istinadən xəbərinə görə, bu barədə "Nikkei Asian Review" nəşri yazır. Dəyəri 50 milyard yen və ya 412 milyon dollar olan layihə Çindən olan tərəfdaşlarla birgə Lyaonin əyalətində həyata keçiriləcək. Zavodda ildə 200 min avtomobil üçün akkumulyator istehsal edilməsi planlaşdırılır.

Qeyd edilir ki, "Panasonic" şirkəti litium-ion batareyalarının istehsalı üzrə iri istehsalçılardan biridir və dünya bazarında 45,7 faiz paya malikdir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00