Tümen sakini azyaşlı uşaqlarını və digər ailə üzvlərini öldürüb

Rusiyanın Tümen vilayətində iki azyaşlı uşağını, keçmiş həyat yoldaşı və qayınanasını bıçaqlayan şəxs saxlanılıb. APA-nın "lenta.ru" saytına istinadən verdiyi xəbərə görə, bu barədə Rusiya İstintaq Komitəsi məlumat yayıb. Çoxsaylı bıçaq zərbələri ilə qətlə yetirilmiş ailə üzvlərinin meyitləri yaşadıqları evdə tapılıb. 31 yaşlı ailə başçısı saxlanılıb. O, günahını etiraf edib. İlkin məlumata görə, cinayət qısqanclıq zəminində baş verib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00