Keçmiş KQB casusu Boris Karpiçkov

Karpiçkovun iddialarına görə bu planı Rusiyanın Baş Kəşfiyyat İdarəsi (QRU) hazırlayıb və bir daşla iki quş vurulmaq istənib; beləcə İŞİD ittiham olunaraq Rusiyanın bölgədəki hərbi əməliyyatları dəstəklənəcək və Rusiya Yaxın Şərqdə maneəsiz silah ticarəti ilə məşğul olacaqdı. 

Oktyabrın 31-də Misirin Şarm əl Şeyx turistik şəhərindən Rusiya Federasiyasının Sankt Peterburq şəhərinə uçan "Metrojet" aviaşirkətinə aid sərnişin təyyarəsi havaya qalxdıqdan 23 dəqiqə sonra Sinay çölündə naməlum səbəbdən qəzaya uğrayıb. Faciə zamanı təyyarədə əksəriyyəti Rusiya vətəndaşı olan 224 nəfərin hamısı ölmüşdü. Hadisənin məsuliyyətini İŞİD terror qruplaşması öz üzərinə götürsə də Rusiya prezidenti Vladimir Putin əvvəl hadisənin terror faktı olmasını istisna etmişdi. 

Karpiçkova aid xidməti vəsiqə