Əhalini İŞİD-ə qoşulmağa çağıran azərbaycanlı qadınlar barəsində cinayət işi başlandı
28 Dekabr 2015 12:09 DünyaRusiya hüquq-mühafizə orqanları İŞİD-ə qoşulduğu üçün Kemerovo vilayətinin biri azərbaycanlı olan iki qadın sakininə qarşı cinayət işi başlayıb. APA-nın "Komsomolskaya Pravda"ya istinadən verdiyi məlumata görə, Federal Təhlükəsizlik Xidmətinin açıqlamasında hazırda Suriya ərazisində yaşayan qadınların internet vasitəsi ilə Kemerovo vilayətinin sakinlərini İŞİD-ə qoşulmağa çağırdıqları bildirilir. Kemerovo şəhərinin 26 yaşlı azərbaycanlı sakini və 25 yaşlı Novokuznetsk şəhər sakini yerli sakinləri İŞİD-in nəzarətində olan ərazilərə getməyə razı salmağa çalışıblar. Təqsirləndirilən şəxsləri 10 il müddətinə azadlıqdan məhrum edilmə və təxminən 7 min dollar cərimə gözləyir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00