Rafet El Romanın Bakı konserti təxirə düşdü
28 Dekabr 2015 11:24 DünyaTürkiyəli müğənni Rafet El Romanın Bakı konserti təxirə düşüb. Bunu Lent.az-a açıqlamasında gecənin təşkilatçısı Nahid Emiloğlu deyib. O, bunun səbəbinin dolların devalvasiyası olduğunu deyib: "Xaricdən gələn müğənninin qonorarı dollarla ödənilir. Son günlər dolların məzənnəsinin yüksəlməsi işimizdə çətinlik yaratdı. Rafetin istədiyi qonorarı ödəyə bilmərik. Ona görə də konsert təxirə düşdü".
Qeyd edək ki, Rafet El Romanın konserti dekabrın 29-da Bakı Əyləncə Mərkəzində baş tutacaqdı.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00