ABŞ hərbçiləri İŞİD liderlərindən olan Abu Ömər əş-Şişanini ələ keçiriblər

İraqın Kərkük vilayətində ABŞ-ın xüsusi təyinatlı hərbçiləri İŞİD terrorçu qruplaşmasının başçılarından biri olan Abu Ömər əş-Şişanini sağ tutublar. APA-nın TASS-a istinadən verdiyi məlumata görə, xüsusi təyinatlılar əməliyyat zamanı həmçinin İŞİD-in iki səhra komandirini saxlayıblar və daha 7 döyüşçünü zərərsizləşdiriblər. Sağ tutulan hər 3 İŞİD döyüşçüsü İraqın şimal-şərqindəki Süleymaniyə şəhərinə aparılıb.

Qeyd edək ki, əsl adı Tarxan Batiraşvili olan 29 yaşlı əş-Şişani Gürcüstanın Pankisi dərəsində anadan olub. Gürcüstan ordusunda hərbi xidmət keçib. 2012-ci ildə Türkiyə ərazisindən Suriyaya gedərək, İŞİD tərkibində döyüşüb və terrorçu qruplaşmanın liderlərindən birinə çevrilib. Bu ilin yayında önun öldürüldüyü barədə xəbər yayılıb. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00