ABŞ-da prezident yarışına daha bir maqnat qoşuldu
26 Dekabr 2015 11:39 DünyaAmerikalı iş adamı Con Makafi Azadlıq Partiyasından ABŞ prezidentliyinə namizəd olacaq.Musavat.com-un məlumatına görə, bu barədə "İnfowars" portalı xəbər yayıb.Maqnat öz qərarını "siyasi status-kvonu pozmaq" istəyi ilə izah edib və "kibertəhlükəsizlik probleminin qulaqardı edilməsinin təhlükəliliyinə" diqqət yönəldib.70 yaşlı biznesmen Con Makfi proqramçı və McAfee antivirus proqram təminataçısının yaradıcısıdır. Özünün seçki kampaniyası platformasının əsas aspektləri kimi marixuana çəkməyə görə həbs edilənlərin azad edilməsi və ABŞ haqda dünya polisi imicinin dəyişdirilməsini görür
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00