Nazarbayev də "Qazaxıstanın Eldar Mahmudovu"nu işdən çıxardı

Qazaxıstan Milli Təhlükəsizlik Komitəsinə (MTK) yeni rəhbər təyin olunub.

Virtualaz.org Tengrinews.kz-ya istinadən bildirir ki, Qazaxıstan prezidenti Nursultan Nazarbayev yeni sədr Vladimir Jumakanovu MTK-nın rəhbərliyinə təqdim edib. O, 2007-ci ildən bəri Qazaxıstanın Milli Təhlükəsizlik Komitəsinin sədr müavini, 2010-cu ildən isə sədrin birinci müavini vəzifələrində çalışıb.

Bundan daha əvvəl isə Qazaxıstan MTK-ya Nurtay Abıkayev rəhbərlik edib. N.Abıkayev əvvəlcə 1998-ci ilin sentyabrından 1999-cu ilin avqustuna kimi, daha sonra 2010-cu ildən yenidən bu vəzifədə xidmət edib.

Bundan başqa, N.Abıkayev müxtəlif illərdə xarici işlər nazirinin birinci müavini, Qazaxıstanın Rusiyadakı səfiri, parlament senatının sədri, Prezident Admistrasiyasının rəhbəri vəzifələrində işləyib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00